https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg "Cəhənnəmdən keçmiş mələk": Bircənin fərqliliyi - Elxan Yurdoğlu yazır
https://525.az/img/pics/medium/2023-12/296476_nohm4rbib1.jpg Ölülərin o dünyada görüşü - Akif Rəfiyev yazır
https://525.az/img/pics/medium/2021-12/210659_3cefjpxi5a.jpg Xilas - Mahir Cavadlı yazır
https://525.az/img/pics/medium/2022-10/243033_wv3aoim4y6.jpg "Türkman", yoxsa "türkmən"? - Qəzənfər Paşayev yazır
search
3 May 2024

Yol polisi tanınmış müğənnini cəzalandırdı

Yol polisi tanınmış müğənnini cəzalandırdı

Yol polisi Azərbaycanın tanınmış müğənnilərindən birinin avtomobilini yol verdiyi qanun pozuntusuna görə saxlayaraq "cərimə meydançası"na aparıb.

"
Trend" xəbər verir ki, Azərbaycanın tanınmış müğənnisi Elnarə Xəlilovanın idarə etdiyi "Jeep Wrangler" markalı avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılaraq mühafizə olunan dayanacağa aparılıb.

Paytaxtda quraşdırılmış müşahidə kameralarının yaddaşına həkk olunmuş görüntülərdən görünür ki, müğəninin paytaxtın küçələrində idarə etdiyi avtomobilin ön hissəsindəki dövlət nömrə nişanın yerinə kustar üsulla hazırlanmış, qeyri-standart üzərində müğənninin adı yazılmış lövhə yapışdırılıb.

Videogörüntülürdən görünür ki, "ELNARƏ" lövhəli avtomobili idarə edən müğənni Bakının "Əzizbəyov heykəli" adlanan ərazisində yolla hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozur, daha sonra müşahidə kameralarına əl edərək "salam" göndərir. Lakin müğənninin avtomobili yol polisi əməkdaşları tərəfindən paytaxtın "Azneft" meydanı ərazisində saxlanılır. Polis tərəfindən faktla bağlı yerindəcə fotomaterial hazırlanır yol verilmiş qanun pozuntusuna görə sürücü barəsində inzibati protokol tərtib edilir.

Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən "Trend"ə bildiriblər ki, görüntülərdəki 2013- il modelli "Jeep Wrangler" markalı, 99 FB 078 dövlət nömrə nişanlı avtomobil 2 gün əvvəl yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil Bakı şəhəri, Binəqədi rayonunda qeydiyyatda olan Xəlilova Elnarə Sabit qızının adınadır hazırda İdarənin mühafizə olunan dayanacağında saxlanılır.

İdarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məsələ ilə bağlı bildirib ki, kimliyindən asılı olmayaraq sürücülərin belə əməllləri yolverilməzdir: "Avtomobilin dövlət nömrə nişanının gizlədilməsi yaxud yerindən çıxarılıb ön şüşənin üzərində aparılması qanunvericiliyin tələbinin pozulması deməkdir. Nəqliyyat vasitəsi mütləq dövlət nömrə nişanları ilə idarə edilməlidir bütün hallarda, hava şəraitindən asılı olmayaraq, nömrənin görünməsi təmin edilməlidir. Əks halda kimliyindən asılı olmayaraq qanunvericiliyin bu tələblərini pozan şəxslərə qarşı müvafiq cəza tədbirləri görülür. Bu halda da kadrlardan göründüyü kimi Elnarə xanım Xəlilova avtomobilin dövlət nömrə nişanın üzərini kustar üsulla hazırlanmış üzərində öz adı yazılmış lövhə ilə örtüb. Belə hallar yolverilməzdir. Məhz ona görə həmin avtomobil saxlanılaraq müvəqqəti mühafizə olunan dayanacağa yerləşdirilib".

Məsələ ilə əlaqədar Elnarə Xəlilovanın özünün münasibətini öyrənmək istəsək , müğənni telefon zənglərinə cavab verməyib.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.