|
|
|
|

Zəngilan Hava Limanı təkcə Azərbaycan üçün yox, həm də bütün region üçün önəmlidir. Bölgənin dünya ilə əlaqəsinin bərpası və nəqliyyat xətlərinin gücləndirilməsi strateji addımlardır.
525.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Ərdoğan Azərbaycandan qayıdarkən deyib. O, bir çox vacib məqamlara toxunub.
"Allaha şükürlər olsun ki, qardaş Azərbaycanın Zəngilan və Cəbrayıl şəhərlərinə tanışlıq səfərimizi uğurla başa vurduq. Dəyərli qardaşım İlham Əliyevlə birlikdə Zəngilan Beynəlxalq Hava Limanının açılışını etdik. Zəngilanda tikintisi başa çatan hava limanı çox mühüm bir yerdədir. Yerləşməsi təkcə Azərbaycan üçün deyil, bütün region üçün vacibdir. Bölgənin dünya ilə əlaqəsinin bərpası və nəqliyyat xətlərinin gücləndirilməsi strateji addımlardır", -deyə Ərdoğan bildirib.
Prezident Ərdoğan Ukrayna-Rusiya məsələsi və taxıl müqaviləsi haqqında da danışıb.
Taxıl dəhlizi razılaşmasının sona yaxınlaşması ilə bağlı suala cavabında Ərdoğan: "Daşıma müqaviləsinin uzadılmasında heç bir maneə yoxdur. Bunu dünən axşam Zelenski ilə görüşümdə və cənab Putinlə görüşümdə bir daha gördüm, heç bir problem yoxdur", - deyə qeyd edib.
Fərid Sançar



