|
|
|
|

Rusiya prezidenti Vladimir Putin Çin Kommunist Partiyasının (ÇKP) 20-ci Milli Konqresinin yekunu ilə üçüncü dəfə partiya lideri seçilən Çin Xalq Respublikasının prezidenti Si Tsinpinə təbrik məktubu göndərib.
525.az Türk mediasına istinadən xəbər verir ki, Putinin göndərdiyi məktubda deyilir: “Çin Kommunist Partiyasının 20-ci Qurultayının nəticələri sizin ali siyasi hakimiyyətinizi və rəhbəri olduğunuz partiyanın birliyini tam təsdiq etdi. Əminəm ki, Konqresin qətnamələri Çinin qarşısında duran böyük sosial və iqtisadi vəzifələrin uğurla yerinə yetirilməsinə kömək edəcək, ölkənin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə kömək edəcəkdir. Dövlətlərimiz arasında hərtərəfli tərəfdaşlıq və strateji müttəfiqlik münasibətlərinin inkişafı istiqamətində konstruktiv dialoqumuzu və sıx birgə işimizi davam etdirməkdən məmnunluq duyacağam”.
Qeyd edək ki, ÇKP-nin Mərkəzi Komitəsi bu gün Si Tsinpini üçüncü müddətə baş katib seçib.
Fərid Sançar



