|
|
|
|

Çin Avstraliya ilə Yaponiya arasında imzalanan təhlükəsizlik bəyannaməsini bloklar arasında qarşıdurma və yeni Soyuq Müharibə yarada biləcəyi səbəbi ilə tənqid edib.
525.az xəbər verir ki, Pekində keçirilən mətbuat konfransında xarici işlər naziri Vanq Vinbin bəyan edib ki, ölkələr arasında ikitərəfli münasibətlər və əməkdaşlıq regional sülh və sabitliyə töhfə verməli, üçüncü tərəflərə və onların maraqlarına zərər verməməlidir. Asiya-Sakit Okean regionunun yeni Soyuq Müharibəyə səbəb ola biləcək bloklar və hərbi qruplaşmalar arasında qarşıdurmaya ehtiyacı olmadığını vurğulayan sözçüsü Vanq: "Bölgədəki insanlar ayıq olacaq və sülh və sabitliyə zərər verəcək və həmrəyliyə mane olacaq bütün hərəkətlərə qarşı çıxacaqlar", - deyib.
Avstraliyanın baş naziri Entoni Albanese və yaponiyalı həmkarı Kişida Fumio oktyabrın 22-də Pert şəhərində iki ölkə arasında təhlükəsizlik və müdafiə, iqtisadi təhlükəsizlik, iqlim və enerji sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsini əhatə edən birgə bəyannamə imzalayıblar. "Azad və Açıq Hind-Sakit Okean"ı vurğulayan təhlükəsizlik bəyannaməsində Yaponiya və Avstraliyanın obyektiv müdafiə əməkdaşlığını artıracaqları bildirilib. Beynəlxalq normaları pozan təcavüzkar hərəkətlərə qarşı çəkindirmənin zəruriliyinə diqqət çəkən bəyannamədə ABŞ ilə üçtərəfli təhlükəsizlik əlaqələrinin dərinləşdiriləcəyi qeyd edilib.
Qeyd edək ki, bəyannamənin Çinin bölgədə artan təsirini balanslaşdırmaq məqsədi daşıdığı şərh edilib.
Məhəmməd Tağıyev



