|
|
|
|

Pakistanda məhkəmə keçmiş baş nazir İmran Xanın gələcək seçkilərdə iştirakına heç bir maneə olmadığını açıqlayıb.
525.az yerli KİV-in məlumatına istinadən xəbər verir ki, İslamabad Ali Məhkəməsində Xanın seçki komissiyasının siyasətə qadağası ilə bağlı şikayəti ilə bağlı iclas keçirilib.
Xanın vəkili Əli Zəfər məhkəmədən Seçki Komissiyasının qərarının icrasının dayandırılmasını istəyib. İslamabad Ali Məhkəməsinin sədri Athar Minallah bu tələbi rədd edərək, Seçki Komissiyasının təfərrüatlı qərarının onlara çatmadığını bildirib.
Minallah onu da qeyd edib ki, Xan seçkilərdə iştirak edə bilər və buna heç bir maneə yoxdur. Məhkəmə iclası gələn həftəyə təxirə salıb.
Malik Atilay



