|
|
|
|

“Azərbaycanın xarici siyasətində qonşu ölkələrlə əlaqələrin dərinləşdirilməsi
xətti önəmli yer tutur. Ölkəmiz regionda əməkdaşlığın
möhkəmlənməsinə böyük səy göstərir. Bu ardıcıl və məqsədyönlü siyasətin
məntiqi nəticəsidir ki, hazırda Azərbaycan Ermənistan istisna olmaqla, bütün
region dövlətləri ilə yüksəksəviyyəli xoş münasibətlərə malikdir.
Azərbaycanın müstəqillik tarixində sıx partnyorluq və strateji tərəfdaşlıq
münasibətləri qurduğu qonşu dövlətlərdən biri də Gürcüstandır. Oktyabrın
24-də Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfəri də bu
baxımdan böyük önəm kəsb edir”.
Bu fikirləri 525.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma
Yıldırım deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev səfər çərçivəsində mətbuata
verdiyi bəyanatında Gürcüstanla strateji tərəfdaşlıq əlaqələrimizin
müttəfiqlik səviyyəsinə qalxdığını bəyan edib. Çünki bir çox sahələr üzrə biz
fəal əməkdaşlıq edirik. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir-
birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli formatda. Prezident İlham
Əliyevin “mən doğrudan da özümü evimdəki kimi hiss edirəm” deməsi də
iki ölkə və xalq arasındakı səmimiyyətin, xoş münasibətin ifadəsidir.
Münasibətlərin hazırkı yüksək səviyyəsi isə tarixi ənənələrə söykənir. Əsrlər
boyu xalqlarımız daim dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində
yaşamışlar. Bugünkü dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində
qurulub.
Millət vəkilinin sözlərinə görə, iki ölkə arasındakı siyasi dialoqun yüksək
dinamizminə uyğun olaraq tərəflərin maraqlarına cavab verən iqtisadi
əlaqələr də yüksələn xətlə inkişaf edir. Azərbaycan şirkətləri dost ölkədəki
əlverişli investisiya mühitindən bəhrələnərək tikinti, turizm, infrastruktur
quruculuğu və digər sahələrə məmnuniyyətlə böyük həcmlərdə sərmayələr
yönəldirlər. Bu gün qardaş ölkənin xarici ticarət dövriyyəsində Azərbaycanın
payı kifayət qədər yüksəkdir. Ölkəmiz Gürcüstanın xarici ticarət
dövriyyəsində Türkiyə və Rusiyadan sonra üçüncü yerdə gəlir.
Fatma Yıldırm qeyd edib ki, Azərbaycanla Gürcüstan arasında enerji
sektorunda nümunəvi əməkdaşlıq münasibətləri formalaşıb. Hər iki ölkə bu
sahədə fəaliyyətlərini daim uzlaşdırırlar. Eyni zamanda, son illərdə
Azərbaycanın, Türkiyənin və Gürcüstanın iştirakı ilə səmərəli regional
əməkdaşlıq platforması yaranıb. Üç ölkənin birgə fəaliyyəti sayəsində
regionun inkişafına güclü təkan verən Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-
Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji kəmərləri, həmçinin nəqliyyat
sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib. Cənub Qaz
Dəhlizinin reallaşdırılmasında da üç ölkənin qarşılıqlı səyləri mühüm rol
oynayır. Cənub Qaz Dəhlizi layihəsinin resurs mənbəyi rolunda
Azərbaycanın zəngin “Şahdəniz” qaz yatağı çıxış edir.
Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq.
“Beləliklə, həyata keçirilən layihələr regionun daha da inkişafında önəmli rol
oynayacaq. Bu layihələr qonşu dövlətlər olaraq Azərbaycan və Gürcüstanın
maraqlarına cavab verir”,-deyə millət vəkili vurğulayıb.
Sevinc Qarayeva



