İtaliyada Giorgia Meloni hökuməti etimad səsverməsi testlərindən uğurla keçib. Yeni hökumət Nümayəndələr Palatasından etimad səsi aldıqdan sonra Senatdan da etimad səsi alıb.
525.az xəbər verir ki, sentyabrın 25-də ölkədə keçirilən seçkilərdə qalib gələn Meloninin başçılıq etdiyi sağçı ittifaqın yaratdığı koalisiya hökuməti də parlamentdən etimad səsi almaq tələbinin ikinci mərhələsini yerinə yetirib.
Günorta saatlarında parlamentin yuxarı palatası olan Senatın Baş Assambleyasında hökumət proqramını təqdim edən baş nazir Meloni gün ərzində senatorların iqtidar və müxalifət üzvlərinin proqramla bağlı təklif və tənqidlərini cavablandırıb. Ümumi müzakirələrdən sonra Senatın Baş Assambleyasında etimad səsverməsi keçirilib.
200 yerlik Senatda etimad səsverməsində 199 senator iştirak edib. Meloni hökuməti 79 "xeyr" səsinə qarşı 115 "hə" səsi ilə etimad səsi alıb. Beş senator bitərəf qalıb.
Bu nəticə ilə dünən Nümayəndələr Palatasından, bu gün isə Senatdan etimad səsi alan Meloni başçılıq etdiyi sağçı koalisiya hökuməti parlamentin hər iki palatasında çoxluğunu sübut edib və seçkilərin önündə heç bir maneə qalmayıb.
Malik Atilay