|
|
|
|

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə direktoru Con Kirbi bildirib ki, Rusiya ABŞ-ın mülki peyklərini vursa, bunun qarşılığını alacaq.
525.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi "Zoom" videokonfrans platforması vasitəsilə keçirilən mətbuat konfransında Ağ Ev jurnalistlərinə ABŞ-ın xarici siyasətini qiymətləndirib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Konstantin Vorontsovun Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında keçirdiyi iclasda Kirbiyə, ABŞ-ın Ukraynaya yardımını davam etdirəcəyi təqdirdə onun mülki peyklərinin Rusiyanın "qanuni hədəfinə" çevrilə biləcəyi ilə bağlı açıqlamaları ilə bağlı sual verilib. Kirbi, Rusiya prezidenti Vladimir Putinin Ukrayna müharibəsini davam etdirməsini "təxribatçı və təhlükəli" olaraq xarakterizə edərək: "Ukraynaya yardımlarımızı çox açıq və səmimi şəkildə davam etdirəcəyik. Bizim yanaşmamızı heç nə dəyişməyəcək. Sadəcə onu deyim ki, ABŞ-ın infrastrukturuna istənilən hücum cavabı ilə qarşılanacaq", - deyib.
Qeyd edək ki, Respublikaçıların "Bayden Ukraynaya boş çek verdi" tənqidini rədd edən Kirbi: "Biz boş çek vermədik. Biz bütün köməkliyi layiqincə etdik", - ifadəsini işlədib.
Məhəmməd Tağıyev



