|
|
|
|

Jair Bolsonaro bazar günü keçirilən seçkilərdə uduzduqdan sonra tərəfdarları etiraz aksiyası keçirərək, ölkə daxilində 20 ştatda 300-dən çox yolu bağlayıblar.
525.az xəbər verir ki, bazar günü Braziliyada keçirilən seçkilərin ikinci turunda uduzan prezident Jair Bolsonaronun tərəfdarları küçələrə axışıb.
Əksəriyyəti yük maşınları ilə olan nümayişçilər ölkə üzrə 26 əyalətdən 20-də küçələrə çıxaraq 300-dən çox nöqtədə yolları nəqliyyatın hərəkətinə bağlayıblar.
Magistral yolların hərəkətə bağlanması səbəbindən yollarda uzun növbələr yaranıb. Bəzi yerlərdə yollarda təkərləri yandıran etirazçılar, seçkilərdə qalib gələn solçu Luiz İnasio Lula da Silvanın prezident olmasına imkan verməmək üçün “hərbi müdaxilə” çağırışı edib. Magistral yol polisinin məlumatına görə, ən çox blokada Bolsonaronun güclü dəstəyə malik olduğu Santa Catarina və Mato Grosso do Sulda aparılıb.
Malik Atilay



