|
|
|
|

İtaliyada Giorgia Meloni başçılıq etdiyi sağçı koalisiya hökumətində İnfrastruktur Nazirliyinə nazir müavini təyin edilən Qaleazzo Biqnaminin nasist sarğı ilə çəkdirdiyi fotoşəkil müzakirə mövzusu olub.
525.az xəbər verir ki, Baş nazir Melonun öz partiyası olan İtaliya Qardaşları (FdI) partiyasından millət vəkili seçilən Biqnaminin İnfrastruktur Nazirliyində nazir müavini təyin edilməsindən sonra Biqnaminin fotosu İtaliya mətbuatında və sosial mediada yenidən gündəmə gəlib. 2005-ci ildə Biqnaminin nasist zabiti paltarı geyinmiş və qoluna nasist sarğısı taxmış fotoşəkili ölkədə müzakirələrə səbəb olub və bir çox sosial şəbəkə istifadəçisi də bu fotoya reaksiya verib.
İnfrastruktur Nazirliyinin yeni "2 nömrə"si olan Biqnami sözügedən fotonun “subay gecəsi” kimi xüsusi bir mühitdə çəkildiyini ifadə edərək, bu kadrı yenidən gündəmə gətirməyin "cəfəngiyyat" olduğunu bildirib. Biqnami: "Mən totalitarizmin bütün formalarını, antidemokratik ifadənin istənilən formasını, hətta mütləq şər nasizmi və ona yaxın ola biləcək hər hansı hərəkatı qeyd-şərtsiz pisləyirəm", - deyib.
Biqnami, siyasi həyatı boyunca həmişə yəhudi xalqına və İsrailə yaxınlığını ifadə edib. İtaliyada sentyabrın 25-də keçirilən ümumi seçkilərdə gəncliyində 1922-1943-cü illərdə faşist dövrünə rəğbət bəslədiyini gizlətməyən Benito Mussolini və Giorgia Meloni və partiyası İtaliya Qardaşları və Doğru İttifaq qalib gəlmişdi. Meloni və onun rəhbərlik etdiyi sağçı ittifaqın oktyabrın 22-də Mussolininin "Qaraköynəklilər" adlı qrupla hakimiyyəti ələ keçirdiyi "Roma yürüşünün" 100-cü ildönümünə təsadüf edən sağçı koalisiya hökuməti qurması maraqlı bir təsadüf idi.
Qeyd edək ki, Giorgia Meloni 1938-ci ildə qəbul edilən irqçi qanunları İtaliya tarixinin ən aşağı səviyyəsi olaraq xarakterizə edib.
Məhəmməd Tağıyev



