|
|
|
|

Danimarkada dünən keçirilən ümumi seçkilərdə az fərqlə qalib gələn Baş nazir Mette Frederiksenin Sosial Demokratlar Partiyası parlamentdəki səslərin 27,5 faizini qazanaraq ən çox səs toplayan partiya olub.
525.az xəbər verir ki, ilkin nəticələrə görə seçkinin qalibi olan Frederiksen istefa ərizəsini kraliçaya təqdim etdiyini və mərkəz əsasında geniş iştiraklı hökumətin qurulması üçün işlərə başlayacağını bildirib.
Qeyd edək ki, parlamentdə 179 yer uğrunda mübarizə aparan, Frederikseni dəstəkləyən solçu qırmızı blokda olan 14 siyasi partiya seçkilərdə 87 mandata çatıb. Danimarka mediası səslərin hesablanmasının davam etdiyi Qrenlandiyadan 2, Farer adalarından isə 1 yerin əlavə edilməsi ilə sol blokun 90 mandat əldə etdiyini bildirib.
Jakob Ellemann-Jensenin rəhbərlik etdiyi sağçı mavi blok isə parlamentdə ikinci ən böyük səs toplayan qrup olub.
Fərid Sançar



