|
|
|
|

Çin Xalq Respublikasının Sədri Si Cinpin ölkəsinin hərbi hazırlığı gücləndirərək müharibəyə hazırlığa diqqət yetirəcəyini bəyan edib.
525.az xəbər verir ki, Cinpin ölkənin təhlükəsizliyinin getdikcə qeyri-sabit və qeyri-müəyyən hala gəldiyini, buna görə də əsas diqqəti müharibəyə hazırlaşmağa yönəldəcəklərini bildirib. "Daily Mail"də çıxan xəbərdə Çin Xalq Respublikasının Sədrinin bu mesajının Tayvanı narahat edə biləcəyi vurğulanıb. Ötən ay Cinpin daha sürətli hərbi inkişafa, texnoloji özünəinam, gücə və xaricdə Çinin maraqlarının müdafiəsinə çağırış etmişdi.
Qeyd edək ki, Çin Xalq Respublikasının ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan 1949-cu ildən faktiki olaraq müstəqillik əldə edib. Çin və Tayvan arasındakı gərginlik isə hələ də davam edir.


Məhəmməd Tağıyev



