|
|
|
|

Almaniya kansleri Olaf Şolts İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Almaniya əleyhinə sözlərinə reaksiya verib.
525.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, İranda həftələrdir davam edən etirazlarda nümayişçilərə göstərilən münasibəti tənqid edən Şolts: “Biz küçələrdə və məhkəmə salonlarında baş verənləri görürük. Bu, qətiyyən qəbuledilməzdir", - deyib.
Şolts: “Avropa Birliyi artıq bir neçə sanksiya paketini qəbul edib. Gələn həftə yeni sanksiyalar əlavə olunacaq. Biz İnqilab Keşikçiləri və siyasi liderlərə təzyiqləri daha da artırmaq istəyirik”, - deyə vurğulayıb.
"Almaniyada yüz minlərlə iran əsilli insan öz qohumları üçün narahatdır və rejimin nümayişçilərə qarşı törətdiklərindən dəhşətə gəlir" - deyən Şolts: "Aydındır ki, bu zorakılıq dalğasına görə yalnız İran hökuməti məsuliyyət daşıyır", - deyə əklavə edib.
Şolts zorakılığın dərhal dayandırılmasını və siyasi məhbusların və həbsdə olan jurnalistlərin azad edilməsini tələb edib.
Sevil Seymur



