|
|
|
|

Belçikanın xarici işlər naziri Hadja Lahbib: "Türkiyə regionda önəmli bir aktyordur", - deyib.
525.az xəbər verir ki, Yunanıstanın paytaxtı Afinada rəsmi səfərdə olan Belçikanın xarici işlər naziri Hadja Lahbib Yunanıstanın xarici işlər naziri Nikos Dendias ilə görüşüb. Lahbib, görüşdən sonra təşkil edilən ortaq mətbuat konfransında Türkiyənin digərlərindən fərqli olaraq qonşu olduğunu ifadə edib. Türkiyənin NATO üzvlüyünə işarə edən Lahbib: "Türkiyə bölgədə əhəmiyyətli bir aktyordur və rolu böyükdür", - deyib.
Yunanıstan və Türkiyə arasında yaşanan gərginlikdən kədərləndiyini bildirən Lahbib: "Bu cür ikitərəfli problemlərin həllinin yeganə yolu depressiya və dialoqdur", - deyib. Hər kəsin beynəlxalq hüquqa riayət etməsi lazım olduğunu dilə gətirən Ləhbib münaqişənin qarşısını almaq lazım olduğunu bildirib. Ukrayna müharibəsindən sonra gündəmə gələn enerji böhranına da toxunan Lahbib, Avropanın Rusiya təbii qazından müstəqil olmaq üçün böyük səy göstərdiyini qeyd edib. Dendias bildirib ki, görüş zamanı iki ölkə arasında NATO, Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatı (BMT) çərçivəsində əməkdaşlıq, ticarət əlaqələri, enerji böhranı və regional inkişaf kimi məsələlər müzakirə olunub.
Məhəmməd Tağıyev



