|
|
|
|

Efiopiya hökuməti və qiyamçı Tiqray Xalq Azadlıq Cəbhəsinin yüksək rütbəli komandirləri tərksilah və humanitar keçidlə bağlı yeni saziş imzalayıblar.
525.az xəbər verir ki, Keniyanın paytaxtı Nayrobidə təxminən bir həftə davam edən danışıqlardan sonra Efiopiya hökuməti və qiyamçı Tiqray Xalq Azadlıq Cəbhəsi (TPLF) hərbi nümayəndə heyətləri münaqişənin dayandırılması üçün atılacaq addımlar barədə razılığa gəliblər. İmzalanan müqaviləyə əsasən, yüngül silahlarını yerə qoyacaq TPLF xarici və qeyri-efiopiya qüvvələrinin bölgədən çıxarılması ilə eyni vaxtda ağır silahlar tədarük edəcək. Bütün şəraitdə mülki şəxslər qorunacaq və bölgəyə humanitar yardımın çatdırılması üçün əməkdaşlıq ediləcək. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilib-yetirilmədiyini müəyyən etmək üçün Afrika İttifaqı tərəfindən müşahidə missiyası yaradılacaq.
Əddis-Əbəbə hökuməti ilə Cənubi Afrikadakı TPLF arasında aparılan danışıqlardan sonra noyabrın 2-də atəşkəs sazişi imzalanıb. Efiopiya münaqişələrin bitməsindən sonra bölgəyə humanitar yardımın başladığını və Tiqrayın 70 faizinin nəzarət altına alındığını bildirib. Danışıqlara Afrika İttifaqı (AfB) adından Nigeriyanın keçmiş prezidenti Olusequn Obasanjo və Keniyanın keçmiş prezidenti Uhuru Kenyatta sədrlik edir. Qeyd edək ki, 2020-ci ilin noyabrında Efiopiyada ordu ilə TPLF arasında başlayan qarşıdurmalar minlərlə insanın ölümünə və yüz minlərlə insanın evlərini tərk etməsinə səbəb olub.

Məhəmməd Tağıyev



