ABŞ gələn ay keçiriləcək ABŞ-Afrika Liderlər Sammitinə 4 ölkəni dəvət etməyib.
525.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin Afrika məsələləri üzrə dövlət katibinin köməkçisi Robert Skott, dekabrın 13-də Vaşinqtonda keçiriləcək sammitlə bağlı onlayn mətbuat konfransında Mali, Burkina Faso, Sudan və Qvineyanın sammitə dəvət edilmədiyini açıqlayıb. Skott, sammitə dəvət edilən 50 liderdən 45-nin iştirak edəcəyini təsdiqlədiyini bildirib. İqtisadi forumun da keçiriləcəyi sammitdə siyasi məsələlərin qiymətləndirilməsi ilə yanaşı, ərzaq böhranı, iqlim dəyişikliyi, təhlükəsizlik məsələləri və Ukrayna-Rusiya müharibəsinin də müzakirə ediləcəyi gözlənilir.
Qeyd edək ki, ABŞ, 2014-cü ildə keçirilən sammitə Eritreya, Sudan, Zimbabve və Mərkəzi Afrika Respublikasının liderlərini dəvət etməmişdi.
Məhəmməd Tağıyev