|
|
|
|
ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan Şimali Koreyaya qarşı konkret tədbirləri effektiv şəkildə həyata keçirmək üçün Koreya Respublikası və Yaponiya ilə çalışdıqlarını bildirib.
525.az xəbər verir ki, Sullivan Koreya Respublikasının paytaxtı Seulda keçirilən foruma onlayn şəkildə qatılıb. ABŞ-ın strateji imkanlarının bölgədə daha çox görünə biləcəyini qeyd edən Sullivan, Seul-Vaşinqton Genişləndirilmiş Çəkindirmə Strategiya və Məsləhət Qrupunun (EDSCG) işinin davam etdirilməli olduğunu bildirib. ABŞ və Koreya Respublikası liderlərinin noyabr ayında Kambocada "genişlənmiş çəkindirmə" mövzusunu müzakirə etdiklərini bildirən Sullivan, Şimali Koreyaya qarşı konkret tədbirləri effektiv şəkildə həyata keçirmək üçün Koreya Respublikası və Yaponiya ilə birlikdə çalışdıqlarını bildirib.
ABŞ-ın Seul və Tokio hökumətləri ilə bu mövzuda danışıqları davam etdirəcəyini qeyd edən Sullivan, ikitərəfli və çoxtərəfli formatda nüvə silahları məsələsində müttəfiqlərlin daha dərindən düşünəcəyini vurğulayıb.
Məhəmməd Tağıyev