Azərbaycan prezidenti İlham Əliyev Burundi Respublikasının prezidenti Pyer Nkurunzizanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısının məktubunda deyilir:
“Hörmətli cənab prezident, Burundi Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Bu bayram günündə sizə ən xoş arzularımı yetirir, dost Burundi xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.