Ermənilər Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutmaqda davam edir.
Müdafiə Nazirliyindən 525.az-a verilən xəbərə görə, erməni silahlı bölmələri bu gecə Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şıxlar və Xocavənd rayonunun Korupatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.