
Rusiya müdafiə naziri Sergey Şoyqu Silahlı Qüvvələrin Şərq Hərbi Dairəsinin komandanı general-leytenant Rüstəm Muradovun məruzəsini dinləyib.
525.az xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb.
Şoyqu xüsusi əməliyyatda iştirak edən qoşunlara dəstəyin təşkilinə diqqət çəkib, o, hərbi əməliyyat zonasında tapşırıqları cəsarətlə yerinə yetirən hərbçilərə təşəkkür edib, fədakarlıq və qəhrəmanlıqlarına görə, hərbi qulluqçulara dövlət mükafatlarını da təqdim edib.



