
Almaniyanın üçtərəfli koalisiya hökumətində mübahisələr böyüyür. Üç hakim partiyaya ictimai dəstəyin azalmasına səbəb olan problemlər nəhayət, müdafiə naziri Lambrextin istefası ilə daha da alovlanıb.
525.az xəbər verir ki, Almaniyanın müdafiə naziri Kristin Lambrext istefa verib. Lambrextin istefası ilə çoxlu fikir ayrılıqları olan üçlü koalisiya hökuməti yeni problemlə üzləşib. Belə ki, 2021-ci ilin dekabrında koalisiya sazişi imzalayan Sosial Demokrat Partiyası (SPD), Azad Demokrat Partiyası (FDP) və Yaşıllar (Grüne) hökumətinin fikir ayrılıqları sorğunun nəticələrində öz əksini tapıb.
"İnşa" anket şirkətinin son araşdırmasına görə, ictimaiyyət arasında üç partiyaya dəstək nisbəti 45 faiz olaraq qalır. 2021-ci il Bundestaq seçkilərində isə üç partiyanın səs nisbəti 52 faiz idi.

Məhəmməd Tağıyev



