
Polşanın Baş naziri Moravetski yerli siyasətçiləri tankları Kiyevə təhvil verməyə inandırmaq üçün Almaniyaya gedib.
525.az xəbər verir ki, Baş nazir Almaniya istehsalı olan tankları Ukraynaya verməzdən əvvəl Almaniya tərəfinin razılığını almalı olduğunu bildirib. Eyni zamanda, Moravetski Almaniya tərəfinin razılığını verəcəyinə şübhə etmir.
Qeyd edək ki, yanvarın 13-də Almaniya Nazirlər Kabineti Polşanın Berlinlə razılaşmadan Ukraynaya Leopard tankları verə bilməyəcəyini açıqlamışdı.
Havar Şəfiyeva



