https://525.az/img/pics/medium/2024-05/312916_nxmkeus5vg.jpg “525-ci qəzet”in 8 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-05/312904_in59prssad.jpg Musiqi mədəniyyətimizin unudulmaz nümayəndəsi
https://525.az/img/pics/medium/2023-02/257825_fkw0ywfftr.jpg Fəhləlikdən elmin zirvəsinə doğru
https://525.az/img/pics/medium/2023-05/266810_fkv2yyen6x.jpg Mətbuat tariximizin tədqiqinə dəyərli töhfə - Nəsiman Yaqublu yazır
search
7 May 2024
20:39

Azərbaycan Premyer Liqasında bu gün daha 2 oyun keçiriləcək

Azərbaycan Premyer Liqasında bu gün daha 2 oyun keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha 2 oyunu keçiriləcək.

525.az-ın məlumatına görə, günün ilk matçında lider 53 xalla turnir cədvəlinə başçılıq edən "Qarabağ" 16 xalla 7-ci pillədə gedən "Şamaxı"nı qəbul edəcək.

Komandalar indiyədək ölkə çempionatında 72 dəfə üz-üzə gəlib. Bunların 35-i Ağdam təmsilçisinin, 13-ü isə bölgə klubunun xeyrinə başa çatıb. 24 matçda qalib müəyyənləşməyib. Topların nisbətində də "köhlən atlar"ın aşkar üstünlüyü var - 103:43.

"Qarabağ" 17 oyundur uduzmur. “Şamaxı” 5 matçdır qol vurmur. Son üç qarşılaşmada böyükhesablı nəticə qeydə alınıb.

Günün son qarşılaşmasında isə "Kəpəz" "Səbail"in qonağı olacaq. Bu görüşü autsayderlərin dueli kimi də qiymətləndirmək olar. Hazırda Gəncə təmsilçisi 13 xalla 9-cu, Bakı klubu isə 10 xalla sonuncudur.

İki kollektiv bunadək Premyer Liqada 6 dəfə qarşılaşıb. 3 oyunda "dənizçilər", 2 matçda "sarı-göylər" qələbə qazanıb. Bir qarşılaşma heç-heçə ilə yekunlaşıb. "Səbail"in 10 qoluna "Kəpəz" 9 topla cavab verib.

Son iki oyunda böyük hesab qeydə alınıb. “Kəpəz” son 5 matçda, “Səbail” isə bütün ev görüşlərində qol vurub.

Azərbaycan Premyer Liqası

XX tur

31 yanvar (çərşənbə axşamı)

16:00. “Qarabağ” – “Şamaxı”
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Zöhrab Abbasov, Emin Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Azersun Arena".

18:30. “Səbail” – “Kəpəz”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, İnqilab Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASCO Arena”.

Qeyd edək ki, açılış oyununda "Sumqayıt" evdə "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəlib. Tura fevralın 1-də keçiriləcək Qəbələ" - "Sabah" və "Neftçi" - "Zirə" görüşləri ilə yekun vurulacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.