|
|
|
|

İrəvanda qızıl və gümüş medal qazanaraq böyük nailiyyətlərini Azərbaycana həsr edən türkiyəli idmançılar - Cansu Bektaş, Qamze Altun və Nuray Güngörü Azərbaycanın Türkiyədəki Səfirliyinə dəvət olunub.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib.
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın təbrik məktublarını, hədiyyələrini, xoş arzularını və dəvətlərini gənc idmançı qızlarımıza çatdırdıq. Sizinlə fəxr edirik!”, - deyə bildirilib.




