|
|
|
|

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 10-da Moskvada rusiyalı həmkarı Sergey Lavrovla Cənubi Qafqazdakı durumu müzakirə edib.
525.az xəbər verir ki, bunu türkiyəli nazir tviterdə yazıb.
O bildirib ki, tərəflər həmçinin Ukrayna və Suriyadakı durum barədə də danışıblar.
Qeyd edək ki, Moskvada Türkiyə, Rusiya, Suriya və İran XİN başçıları arasında dördtərəfli görüş keçirilir.



