
"Azərbaycanın ticarət mübadiləsinin 52 faizi Avropa İttifaqının payına düşür".
525.az xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko "X" platformasında (keçmiş tviter) paylaşımında bildirib.
"Ən son məlumatlar Aİ Azərbaycanın ən güclü kommersiya tərəfdaşı olduğunu təsdiqlədi: 2023-cü ilin birinci yarısında Azərbaycanın dünya ilə ümumi ticarət mübadiləsinin 52%-i, Azərbaycanın ixracının 65,6%-i və idxalının 16,1%-i Aİ ilə olub!", - Aİ diplomatı paylaşımında qeyd edib.



