Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 4 milyard 159,4 milyon manat təşkil edib.
525.az DGK-ya istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,4 % çoxdur.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 18 % artaraq 1 milyard 068,831 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 7,4 % artaraq 2 milyard 912,714 milyon manat, aksizlər üzrə daxilolmalar 38,8 % artaraq 147,604 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 28,1 % azalaraq 30,251 milyon manat olub.