|
|
|
|
Azərbaycanın 2024-cü il üçün dövlət büdcəsində Dövlət Neft Fondundan (ARDNF) transfertin məbləği 12 milyard 781 milyon manat nəzərdə tutulub.
525.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8,9 % çoxdur.
ARDNF-dən planlaşdırılan transfert proqnozlaşdırılan büdcə gəlirlərinin 37,9 %-i qədərdir.