|
|
|
|

Cənubi Koreya polisi çərşənbə günü "Oskar" mükafatlı "Parazit" filminin aktyoru Li Sun Kyunun dünyasını dəyişdiyini bildirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin "Yonhap" xəbər agentliyi aktyorun intihar edə biləcəyindən şübhələnildiyini yazıb.
Cənubi Koreya mediası aktyorun səhər saatlarında tapıldığını açıqlayıb.
Həmçinin bildirilir ki, Li Sun Kyunun yanında tüstülənən kömür bloku olub.
Qeyd edək ki, Li Sun Kyun Cənubi Koreyaya Ən Yaxşı Film "Oskarı"nı qazandıran "Parazit" filmində baş rolda oynayıb. Ona qarşı marixuana və psixoaktiv dərmanlardan istifadə ittihamı ilə istintaq aparılırdı. Ölkə mətbuatı narkotik araşdırmasından sonra aktyorun televiziya və reklam işini itirdiyini bildirib. 48 yaşlı Linin həftə sonu 19 saat ifadə verdiyi qeyd edilib. Polisin Linin evində qeyd tapdığı da bildirilir.
Malik Atilay



