|
|
|
|

“Ermənistan siyasi iradə göstərərsə, sülhə gedən yol açıqdır. Növbəti mərhələdə biz baş verənləri görəcəyik”.
525.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nazirliyin ilin yekunlarına dair mətbuat konfransında deyib.
Nazir sülh müqaviləsi ilə bağlı proseslərə maneə törədən məqamlara toxunaraq söyləyib: "Biz də başa düşürük ki, məsələnin tarixi var. Burada yanaşma ondan ibarət olsa ki, biz hər məqamı razılaşdırmaq istəyirik, bu çox uzun proses ola bilər. Bunun əvəzinə, biz hər iki tərəfin razılıq verdiyi, ciddi fikir ayrılığı yaratmayan bir sənəd ortaya qoyulması bizim yanaşmamızdır. Bu sülh istiqamətində çox ciddi addım ola bilər. Bunun baş verməsinə maneə törədən amillərdən danışası olsaq, burada işğal faktoru böyük rol oynayıb. 2020-ci ildən sonra ümidimiz vardı ki, proses sürətli gedəcək, Ermənistan öhdəlik götürüb, qanunsuz silahlı birləşmələr ərazidən çıxarıılacaq, ancaq biz bunun şahidi olmadıq. Ermənistan yeni status-kvo saxlamaq istəyirdi və vəziyyətin dəyişməsini özləri üçün əlverişli mühit kimi qiymətləndirirdilər”,-əlavə edib.



