|
|
|
|

“Qazaxıstanın birinci Prezidenti, şəxsiyyətinə böyük hörmət etdiyim, türk dünyasının müdrik siyasətçilərdən biri olan Nursultan Nazarbayevdən gözlənilməz hədiyyə aldım”.
525.az xəbər verir ki, bunu mətbuata açıqlamasında AzTV-nin Xəbərlər departamentinin redaktoru, tanınmış jurnalist Aida Eyvazlı bildirib. A.Eyvazlının sözlərinə görə, Nursultan Nazarbayev yeni çapdan çıxmış “Mənim ömrüm: asılılıqdan azadlığa” adlı roman epopeyasını öz şəxsi imzası ilə ona göndərib.

A.Eyvazlı bildirib ki, o bu günə kimi Nursultan Nazarbayevin iki kitabını Azərbaycan dilinə tərcümə edib. “Mənim ömrüm: asılılıqdan azadlığa” adlı roman epopeyasını da 2024-cü ildə Azərbaycan dilinə tərcümə etmək qərarına gəlib.
“Mən böyük dövlət adamı, siyasi xadim, Azərbaycanın yaxın dostu Nursultan Nazrbayevin “Həyat yolu” və “Zaman və düşüncələr” adlı kitablarını tərcümə etmişdim.Yeni kitabı tərcümə etməyi isə Tanrı buyurub! Bu mənim tarix qarşısında missiyam və taleyimdir!”, - deyə jurnalist vurğulayıb.




