|
|
|
|
Növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) sənədlərini təqdim edən təşkilatların sayı məlum olub.
525.az Report-a istinadən xəbərinə görə, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.
Onun sözlərinə görə, növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədarüç təşkilat MSK-ya sənədlərini təqdim edib.