|
|
|
|
Azərbaycan bank sektorunun xarici öhdəlikləri ötən il illik müqayisədə 47,5% və ya 836.2 mln. manat artaraq 2 mlrd. 598.2 mln. manata yüksəlib.
525.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, xarici öhdəliklərdəki qeyd olunan kəskin artım qeyri-rezident hüquqi şəxslərin cari hesabları və qısamüddətli depozitlərinin həcmindəki artım ilə əlaqədardır.