|
|
|
|

Fransanın bir çox bölgəsində, xüsusilə paytaxt Paris və ətrafında fermerlərin traktorları ilə həyata keçirdiyi etirazlar davam edir.
525.az xəbər verir ki, Parisin giriş və çıxış marşrutlarında traktorları ilə yolları bağlayan fermerlər hökumətdən tələbləri istiqamətində təsirli addımlar atılana qədər etirazlarını davam etdirəcəklərini bildirib.
Ölkədə dünən səhər saatlarında başlayan etiraz aksiyaları gecə boyu davam edib və bir çox fermer havanın soyumasına baxmayaraq gecəni traktorlarında keçirib.
Traktorlarının yanında gözləyən və yol kənarında ocaq yandıraraq isinməyə çalışan fermerlərin görüntüləri sosial mediada əksini tapıb.
Qeyd edək ki, polis mənbələri ölkə daxilində etiraz aksiyasına 5 mindən çox kənd təsərrüfatı maşını və 10 minə yaxın fermerin qatıldığını bildirib.
Məhəmməd Tağıyev



