|
|
|
|

Kanada Qəzzadakı fələstinlilərə 30 milyon dollarlıq yardıma başladığını açıqlayıb.
525.az xəbər verir ki, hökumətdən verilən açıqlamada Kanadanın İsrailin iddialarından sonra bir çox ölkənin UNWRA yardımlarını dayandırması məsələsində mövqeyini dəyişdiyi bildirilib.
Açıqlamada: "Kanada səmimiyyətlə inanır ki, fələstinli mülki vətəndaşların humanitar yardıma ehtiyacı hər keçən saat artır", - deyə bildirilib.
Belə ki, 30 milyon dollarlıq yardımın əhəmiyyətli hissəsi BMT qurumları vasitəsilə köçürüləcək.
Qeyd edək ki, yardımın bir hissəsi Kanada qeyri-hökumət təşkilatının tərəfdaşları vasitəsilə ehtiyacı olanlara çatdırılacaq.
Məhəmməd Tağıyev



