|
|
|
|

ABŞ-ə məxsus F-16 qırıcı təyyarəsi Cənubi Koreyanın qərb sahillərində Sarı dənizə düşüb, özünü havaya atmağı bacaran pilot qəzadan sağ çıxıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, son qəza ABŞ-nin Cənubi Koreyada bir il ərzində üçüncü F-16 qəzası kimi qeydə alınıb.
ABŞ Hərbi Hava Qüvvələrindən verilən açıqlamada Koreya Respublikasının paytaxtı Seuldan təxminən 180 kilometr cənubda Kunsan Hava Bazasında yerləşən 8-ci Hava Bölməsinə aid F-16 döyüş təyyarəsi Sarı dəniz üzərində fövqəladə vəziyyətlə qarşılaşıb.
Özünü təyyarədən atmağı bacaran pilotun Cənubi Koreya və ABŞ-nin birgə işi ilə saat 09:30 radələrində xilas edildiyi, səhhətinin yaxşı olduğu bildirilib.
Qeyd edək ki, qəzanın səbəblərini müəyyən etmək üçün ətraflı araşdırmalara başlanılıb.
Malik Atilay



