|
|
|
|

ABŞ dövlət katibi Antoni Blinkenin bu həftəsonu Yaxın Şərqə gedəcəyi və Qəzzadakı vəziyyətlə bağlı diplomatik təmaslar aparacağı bildirilib.
525.az xəbər verir ki, Ağ Ev və ABŞ XİN rəsmiləri Blinkenin həftəsonu bölgəyə səfəri ilə bağlı açıqlama verib.
Blinken Qəzzada qarşıdurmaların sona çatmasından sonra bölgədəki vəziyyət və Qəzzanın bu prosesdə necə idarə ediləcəyi barədə danışıb.
Blinken həmçinin Fələstinlilərə humanitar yardımın çatdırılması və mümkün müstəqil Fələstin dövlətinin tanınması ilə bağlı qiymətləndirmələr çərçivəsində tərəflərlə müxtəlif danışıqlar aparacaq.
Məhəmməd Tağıyev



