Azərbaycanla strateji tərəfdaşlığı çox yüksək qiymətləndiririk.
525.az "Belta"ya istinadən xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyevin etimadnaməsini qəbul edərkən deyib.
O, bu yaxınlarda keçirilən prezident seçkilərində xalqın böyük dəstəyini qazanmış İlham Əliyevə konstruktiv yanaşmasına görə xüsusi minnətdarlığını bildirib.
Dövlət başçısı maraq doğuran sahələrdə məsələlərin həlli üçün iki ölkə liderləri arasında əldə olunan razılaşmalardan daha fəal istifadəni təklif edib. ("Report")