NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycana rəsmi səfərə gəlib.
525.az xəbər verir ki, Azərbaycan və NATO-nun bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş katib Yens Stoltenberqi xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
xxx
NATO Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri başlayıb.
525.az xəbər verir ki, bu barədə NATO-nun "X" hesabında paylaşım edilib.
Qeyd edilib ki, NATO Baş katibi Azərbaycandan sonra Gürcüstan və Ermənistana səfər edəcək.