“Eurovision-2015” mahnı müsabiqəsi üzrə İsveçin məşhur “Melodifestivalen” milli seçim yarışmasında dəyişiklik edilib.
525.az-ın AzərTAca istinadən verdiyi məlumata görə, dəyişiklik müsabiqə iştirakçılarının sayının 28-dək ixtisar edilməsindən, finalda iki mahnın təqdim olunmasından, telefonla səsverməyə limit verilməsindən ibarətdir.
Qeyd edək ki, adətən ölkələrdə “Eurovision” mahnı müsabiqəsinə 1000-dən çox mahnı təqdim olunur. İsveç milli seçimində isə hazırda 2177 mahnıya baxılır.