https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-04/310474_5r5gk77yic.jpg Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs
https://525.az/img/pics/medium/2024-01/298567_otkmfryng1.jpg Durnalı dəftərlər panteonu
search
19 Aprel 2024
18 Aprel 2024

Totti və Xavidən yeni rekord

Totti və Xavidən yeni rekord
Çempionlar Liqasında dünən keçirilən oyunlarda bir neçə rekord təzələnib.

Lent.az-ın məlumatına görə, "Mançester Siti" - "Roma" matçında qonaqların kapitanı Françesko Totti liqanın tarixinə düşüb. İtaliyalı futbolçu matçın 23-cü dəqiqəsində hesabı bərabərləşdirməklə, liqanın tarixində qol vuran ən yaşlı (38 yaş, 3 gün) oyunçu  olub.  Bundan əvvəlki rekord isə "Mançester Yunayted"in sabiq kapitanı Rayan Giqsə məxsus olub. O, 2011-ci ildə Çempionlar Liqasında ömrünün 37 yaş 289 günündə fərqlənib.
 
Xavi Hernandes isə “PSJ” - "Barselona" oyununda yeni rekorda imza atıb. İspaniyalı yarımmüdafiəçi liqada ən çox meydana çıxan futbolçu (143) titulunu ələ keçirib. Komandasının 2:3 hesabı ilə uduzduğu görüşdə 34 yaşlı yarımmüdafiəçi matçın 69 dəqiqəsində İvan Rakiticin yerinə oyuna daxil olub və “Real”ın sabiq hücumçusu Raul Qonzalesi (142) keçib.
 
Digər barselonalı Lioenel Messi isə “PSJ” ilə görüşdə fərqlənərək vurduğu qolların sayına görə “Real Madrid”in  hücumcusu Ronaldoya çatıb. Hər iki futbolçu liqada 68 dəfə fərqlənib.
 
Çempionlar Liqasının tarixində ən çox qol vuran oyunçu isə “Real Madrid”in sabiq hücumçusu Raul Qonzalesdir. Veteran futbolçu rəqib qapılarından 71 top keçirb. Messi və Ronaldonun Raula çatması üçün 3 qol lazımdır.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.