https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Ta­ri­xin fa­ciə­li və ib­rə­ta­miz əh­va­lat­la­rı - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2023-04/263948_uuvy11xi8l.jpg Hər yaşın öz istəyi var... - Allahverdi Eminov yazır
https://525.az/img/pics/medium/2024-04/309185_chrxwtr5q2.jpg İnancın təbiəti - Rə­van Cavid yazır
https://525.az/img/pics/medium/2024-06/317433_frjhxxmzl8.jpg XOŞBƏXT MƏZAR - Rafael Hüseynov yazır
search
20 İyun 2024

Əsgər Abdullayevlə yollar ayrıldı

Əsgər Abdullayevlə yollar ayrıldı

Azərbaycan 1-ci liqası klublarından "İmişli" baş məşqçisi Əsgər Abdullayevlə yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"İmişli" Futbool Klubunun rəhbərliyi məşqçi heyəti ilə keçən mövsümün nəticələrini müzakirə etmək məqsədi ilə iclas keçirib. İclas zamanı məşqçi heyəti rəhbərliyə bütün mövsüm ilə əlaqədar ətraflı hesabat təqdim edib. Eyni zamanda bildirilib ki, nəticənin planlaşdırıldığı kimi olmamasına baxmayaraq, "İmişli" tarixinin ən yaxşı nəticəsi kimi keçən mövsüm qeydə alınıb. 

Rəhbərlik hesabatı qənaətbəxş hesab edərək qəbul edib və məşqçilər heyətinə mövsüm ərzində çəkdikləri əziyyətlərinə görə təşəkkür edib. Bununla yanaşı, növbəti mövsüm ilə bağlı geniş müzakirələr aparılmış və növbəti mövsüm üçün "İmişli"nin yeni məşqçi heyəti ilə çıxış etməsinin daha məqsədəuyğun olacağı qarşılıqlı razılaşma əsasında qərara alınıb.

İclasın sonunda rəhbərlik Əsgər Abdullayev və heyətinə xidmətlərinə görə təşəkkür edib və gələcək karyeralarında onlara uğurlar arzu edib.

Xatırladaq ki, Ə.Abdullayev 2023-cü ilin sentyabrından "İmişli"nin baş məşqçisi idi. Komanda onun rəhbərliyi altında bu mövsüm 1-ci liqanı 47 xalla 4-cü pillədə başa vurub.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.