|
|
|
|

Mayın 30-u görkəmli şair, böyük mütəfəkkir, ictimai xadim Mirzə Ələkbər Sabirinin doğulduğu gündür. Bu münasibətlə bir sıra görkəmli qələm adamı Sabiri abidəsi önündə yad edib. Bakıdakı Sabir bağında böyük sənətkarın heykəli önünə çiçək dəstələri düzülüb, xatirəsini dərin hörmətlə anılıb.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar, Mətbuat Şurasının sədri, AYB sədrinin müavini Rəşad Məcid, Birliyin birinci katibi Çingiz Abdullayev, katiblər - Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, İlqar Fəhmi, "Ədəbiyyat qəzeti"nin baş redaktor müavini Adil Cəmil, AYB sədrinin müşavirləri - Rauf Aslanov, Sayman Aruz, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs, tənqidçi Əsəd Cahangir, şair Dayandur Sevgin və başqalarının iştirakı ilə təşkil olunmuş anım mərasimində M.Ə.Sabirin Azərbaycan poeziyasındakı yeri və rolu barədə söhbət açılıb. Çıxışçılar qeyd edib ki, Sabirin novator qələm sahibi kimi açdığı yeni cığırlar millətimizi aydın sabahlara, mütərəqqi fikirlərə səsləyib.



