https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Ta­ri­xin fa­ciə­li və ib­rə­ta­miz əh­va­lat­la­rı - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2023-04/263948_uuvy11xi8l.jpg Hər yaşın öz istəyi var... - Allahverdi Eminov yazır
https://525.az/img/pics/medium/2024-04/309185_chrxwtr5q2.jpg İnancın təbiəti - Rə­van Cavid yazır
https://525.az/img/pics/medium/2024-06/317433_frjhxxmzl8.jpg XOŞBƏXT MƏZAR - Rafael Hüseynov yazır
search
20 İyun 2024

Fernandu Santuş Azərbaycan millisində - Rəsmi

Fernandu Santuş Azərbaycan millisində -  Rəsmi

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib.

525.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

AFFA-nın İcraiyyə Komitəsinin onlayn formatda keçirilən iclasında yeni baş məşqçi ilə əlaqədar qərar qəbul edilib. Baş məşqçi vəzifəsinə tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuşun namizədliyi irəli sürülüb.

AFFA-nın yaydığı məlumatda bildirilib: "Müzakirələr zamanı güclü, rəqabətədavamlı və uğurlu oyun nümayiş etdirən milli komandanın formalaşdırılmasının, eyni zamanda ölkəmizdə uşaq futbolunun inkişafının zəruriliyi qeyd olunub: "Bu xüsusda Fernandu Santuşun dünyanın tanınmış futbol mütəxəssislərindən biri kimi zəngin təcrübəsi, peşəkar fəaliyyəti dövründə qazandığı uğurlar, o cümlədən Portuqaliya yığması ilə Avropa çempionluğu nəzərə alınaraq Azərbaycan milli komandasının baş məşqçisi təyin olunması barədə qərar qəbul edilib. Prosesin qısa müddətli deyil, müəyyən dövrü əhatə edəcəyi nəzərə alınaraq portuqaliyalı mütəxəssisin qarşısında rəqabətədavamlı komandanın formalaşdırılması və AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.