|
|
|
|

Bu gün ATU-nun Tədris-Terapevtik klinikasında Terapiyanın aktual problemləri mövzusunda elmi-praktik seminar öz işinə start verib.
525.az-ın universitetin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən berdiyi məlumata görə, iki gün davam edəcək seminarda Amerikalı mütəxəssislər iştirak edir.
Tədbirin əvvəlində ATU-nun tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev çıxış edərək, elmi-praktik seminarın əhəmiyyətindən söz açıb. Onun sözlərinə görə, bu tip seminarlar rezidentlərlə yanaşı, həkimlər üçün çox faydalıdır.
S.Əliyev qeyd etdi ki, seminar xarici ölkələrdə terapiya sahəsində problemlərin həlli ilə bağlı təcrübəni öyrənməyə imkan verəcək.
Daha sonra terapevt, Vaşinqton Hərbi Tibb Universitetinin professoru Susan Brunsel “Hiperlipidemiya” mövzusunda mühazirə ilə çıxış edib.
Tədbirdə həmçinin infeksionist, Cənubi Karolina Tibb Universitetinin professoru Jems Jonson “Qastroenteritlər” mövzusunda, terapevt, Venderbilt Universitetinin professoru Villiam Meynard “Ürək çatışmazlığı” mövzusunda, nefroloq, Ayova ştatının Tibb Universitetinin professoru Villiam Lauton “Beynəlxalq hipertenziya protokolları” mövzusunda çıxışlar ediblər.
Qeyd edək ki, iki gün davam edəcək seminarın sonuncu günündə də professorlar fərqli mövzularda məruzələr edəcək, iştirakçıların suallarını cavablandıracaqlar.



