|
|
|
|

Sabah Filippin və Yaponiya müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalayacaq.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Filippin Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Saziş çərçivəsində Filippin və Yaponiya hərbçiləri təcrübə mübadiləsi apara biləcəklər.
Sazişi iyulun 8-də Manilaya səfər edəcək Yaponiyanın xarici işlər naziri Yoko Kamikava və filippinli həmkarı Minor Kixar imzalayacaq.



