
Bu gün beynəlxalq "Bakı–Xankəndi" velosiped yarışı start götürüb.
525.az Bakıdakı "Sea Breeze" ərazisindən start götürən və Sumqayıt şəhərində yekunlaşan ilk mərhələdən, həmçinin, qaliblərin mükafatlandırılma mərasimindən fotoları təqdim edir.
Xatırladaq ki, ümumilikdə 158 km-dən artıq məsafə qət edilən yarışın qalibi Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko olub.














