
ABŞ-nin Nyu-York şəhərində Bronks və Manhetteni birləşdirən Harlem çayı üzərində çəkilə bilən körpünün həddindən artıq istilər səbəbindən açıb bağlanma mexanizmində problem olduğu açıqlanıb.
525.az xarici KİV-ə istinadən bildirir ki, yerli mətbuatda əksini tapan xəbərdə 3-cü küçə körpüsünün polad elementlərinin istidən genişləndiyi, kilidləmə mexanizminin açıq olduğu zaman ilişib qaldığı bildirilib.
Körpü nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb, video görüntülərdə yanğınsöndürən qayıqların poladı soyutmaq üçün çaydan su çiləyərək körpünün üzərinə səpdiyi görünüb.
Malik Atilay



