Fransada erkən parlament seçkilərində qalib gələn solçu partiyaların “Yeni Xalq Cəhbəsi” koalisiyası baş nazirin onların arasından seçilməsini tələb edir.
525.az “Euronews”a istinadən xəbər verir ki, bloka daxil olan partiyalardan biri olan “Fəth olunmamış Fransa”nın nümayəndələri Parisin mərkəzində keçirilən nümayişə gedərək, prezident Makrondan ölkəni idarə etmələrinə icazə verməsi tələbini səsləndiriblər.
Partiyanın rəsmisi Matilda Pano deyib: “Biz qanunverici orqana seçkilərdə qalib gəldik və “Yeni Xalq Cəbhəsi” ilə birlikdə parlamentin aparıcı siyasi qüvvəsinə çevrildik. Emmanuel Makrondan səsvermənin nəticələrinə hörmətlə yanaşmasını və “Yeni Xalq Cəbhəsi”ndən baş nazir təyin etməyi tələb edirik”.
İkinci yerdə olan hakim mərkəzçilər xatırladırlar ki, heç bir blok mütləq çoxluğa malik deyil və ona görə də belə tələblər irəli sürməyə haqları yoxdur.
Qeyd edək ki, “Yeni Xalq Cəbhəsi” növbədənkənar seçkilərdə ən çox yer qazansa da, mütləq çoxluğu əldə edə bilməyib.
Hazırkı baş nazir Qabriel Attal seçkilərin nəticələri elan edildikdən sonra istefa verib, lakin prezident Makron bunu qəbul etməyib və ondan müvəqqəti olaraq vəzifəsində qalmasını istəyib. Yeni kabinetin tərkibi ilə bağlı danışıqların uzun və çox çətin olacağı istisna edilmir.
Pərvanə Sultanova