|
|
|
|
İranın xarici işlər nazirinin keçmiş müavini Abbas Əraqçinin yeni prezident Məsud Pezeşkianın hökumətində xarici siyasət idarəsinə rəhbərlik edəcəyi gözlənilir.
525.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
“İranın yeni prezidentinin siyasi məsləhətçiləri əmindirlər ki, Əraqçi ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə ən uyğun gələn namizəddir. Xüsusi bir şey baş verməsə, onun namizədliyi baxılmaq üçün parlamentə təqdim olunacaq”, - deyə agentlik yazıb.
Qeyd olunub ki, siyasətçi artıq Pezeşkianın xarici siyasəti məsələləri üzrə müşaviri rolunu oynayır. Onun xüsusilə, İslami müqavimət qruplarının liderləri və Yaxın Şərqdəki dövlət başçıları ilə danışıqlar zamanı yeni seçilmiş prezidentə məsləhət verdiyi bildirilir.
Pərvanə Sultanova